Mingəçevir teatrında “Caninin etirafı”
Oktyabrın 25-də Mingəçevir Dövlət Dram Teatrında “Caninin etirafı” tamaşasına baxış olub. Qən-bər Şəmşiroğlunun eyni adlı romanı əsasında Nəriman Ocaqlı və Ağalar İdrisoğlunun səhnələşdirdiyi və Ağalar müəllimin həm də quruluş verdiyi tamaşada hadisələr 1988-93-cü illərdə əyalətdə cərəyan edir. Belə ki, yalanlar ayaq tutub yeriyir, günahsız insanlar qətlə, həbsə, hətta intihara məruz qalırlar. Ölkədə si-yasi hakimiyyət dəyişikliyindən sonra haqq-ədalət yerini tapsa da, vurulan yaraları sağaltmaq olmur. İki gəncin saf niyyətli məhəbbəti sonda faciə ilə nəticələnir.
Tamaşa 3 saat çəksə də, xalq ar-tisti Ella Yaqubova (Həcər), əmək-dar artistlərdən Akif Mirabov (Mü-əllif), Şıxı Yaqubov (Əngəl Əvəz), aktyorlardan Qabil İbrahimli (Na-dir), Gülcan (Fəridə Məmmədova), İlqar Rəhimov (Aqil), Aydın Quli-yev (İbo) və başqalarının peşəkar ifaları zala toplaşanları darıxmağa qoymayıb. Yeri gəlmişkən, kütləvi səhnələrdə teatrın bütün yaradıcı heyəti iştirak edib.
Şərhlər bağlıdır.