Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir su hövzəsinə 100 min körpə balıq “gəldi”

Oktyabrın 22-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “İDEA” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Mingəçevirdə iki, Ağdaşda isə bir maraqlı aksiya keçirilib. Bu gün səhər radələrində Lənkərandan,  balıqyetişdirmə müəssisəsindən gətirilmiş 100 min ədəd nərə, enli alın və aqamur növlü kiçik balıqlar Mingəçevir su hövzəsinə buraxılıb. Prosesdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və “İDEA” İctimai Birliyinin könüllüləri iştirak edib.

Kiçik balıqları su hövzəsinə baraxan nazir bu prosesə töhfəsini qatan jurnalist Yeganə Nəbiyevanın mobil telefonu ilə onun videosunu da çəkib.

Yüksək Texnologiyalar Parkının arxasındakı ərazidə isə nazirlə bərabər şəhər ictimaiyyətinin nümayəndələri də ağac əkiblər. İcra Hakimyyəti başçısı bildirib ki, bu ərazini gələcəkdə əhalinin istirahət parkına çevirəcəklər.

Mingəçevirdən sonra Ağdaş rayonuna gələn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “İDEA” İctimai Birliyinin nümayəndələri yaşıllıq salınması üçün ayrılmış 20 hektarlıq ərazidə ağacları əkiblər.

Mingəçevirdə budanan ağacları poliqonda deyil, yerində zərərsizləşdirir və xammala çevirirlər Mingəçevir su anbarında balıq ovuna nəzarət artırılıb Dövlət dəstəyindən yararlanan mingəçevirli fermer özünə təsərrüfat qurub

 

 

Şərhlər bağlıdır.