Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin maliyyə failiyyəti barədə hesabat

817

MİNGƏÇEVİR    ŞƏHƏR    MƏNZİL-KOMMUNAL    TƏSƏRRÜFATI     BİRLİYİ -nin    rəhbərliyinə  və Cəmiyyətin  idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə  Müstəqil Auditorun Hesabatı

Rəy

Biz  MİNGƏÇEVİR   ŞƏHƏR MƏNZİL-KOMMUNAL  TƏSƏRRÜFATI   İSTEHSALAT  BİRLİYİ-nin 31 dekabr 2019-  cu il  və 31 dekabr  2018  ci  il  tarixlərinə  təqdim  edilən ilkin  maliyyə vəziyyəti haqqında  hesabatdan və həmin  tarixlərdə başa çatan illər ürzrə mənfəət və ya zərər və  digər ümumi gəlirlər,ilkin kapitalda dəyişikliklər və ilkin pul vəsaitlərinin hərəkəti haqqında   hesabatlardan eləcə də əsas uçot siyasətinin  və digər izahedici məlumatların xülasəsindən ibarət olan ilkin maliyyə hesabatlarının  audit yoxlanmasını apardıq. Bizim   rəyimizcə,  hazırkı  ilkin  maliyyə  hesabtları Cəmiyyətin  31  dekabr  2019- cu  il və 31 dekabr  2018 ci il tarixlərinə   maliyyə   vəziyyətini   və həmin   tarixlərdə    başa   çatan   illər  üzrə    maliyyə  nəticələrini  və  pul vəsaitlərinin   hərəkətini bütün   əhəmiyyətli    aspektlər    baxımından    Maliyyə   Hesabatlarının   Beynəlxalq  Standartına (“MHBS”)  uyğun  olaraq düzgün  əks  etdirir.

Rəyin bildirilməsi üçün əsas

Biz  auditi Beynəlxalq Audit  Standartlarına uyğun   aparmışıq. Bu  standartlar  üzrə   bizim məsuliyyət rəyimizin    ”İlkin   maliyyə   hesabatlarının   auditinə   görə   auditorun   məsuliyyəti” bölməsinə   əks  etdirilir.

Biz  Mühasiblər üçün  Beynəlxalq Etika  Standartları  Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Etika Məcəlləsinə uyğun olaraq Cəmiyyətdən aslı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk.

İzahedici paraqraf

Rəyimizdə şərt   bildirmədən biz   diqqəti  MHBS-ə uyğun  yekun maliyyə  hesabatlarına çevrilənə qədər ilkin maliyyə   hesabatlarında   düzəlişlərin  aparıla   bilməsinin  səbəblərini izah edən  ilkin maliyyə  hesabatlarına dair  3-cü  Qeydə   cəlb  edirik. Bundan  əlavə, diqqətinizi  bu  fakta  cəlb edirik ki, MHBS-ə uyğun olaraq,yalnız müqayisəli maliyyə məlumatı  və izahlı qeydlər daxil olmaqla ilkin maliyyə hesabatlarının tam toplusu Cəmiyyətin maliyyə vəziyyətinin ,əməliyyatlarının nəticələrinin və pul vəsaitlərinin  hərəkətlərini  MHBS əsasında düzgün əks etdirilməsini  təmin  edə bilr.

İlkin maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarəedilməsi cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbəklik  hazırki  maliyyə   hesabatlarının  Maliyyə Hesabatlarının Beynəlxalq  Standartlarına uyğun  olaraq  hazırlanması və düzgün təqdim edilməsi,eləcə də fırıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından aslı olmayaraq, əhəmiyyətli  təhriflər olmayan  ilkin  maliyyə hesabatalarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiy daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.

İlkin   maliyyə  hesabatlarının  hazırlanması  zamanı  rəhbərlik, Cəmiyyəti  ləğv  etmək və ya onun fəaliyyətini dayandırmaq   istəyi  yaxud  bundan  başqa  hər  hansı   digər real alternativ  olmadığı hallar  istisna  olmaqla, Cəmiyyətin öz  fəaliyyətini  fasiləsiz davam etdirmək qabiliyyətinin qiymətləndirilməsi,uyğun olduqa fəaliyyətin fasiləsizliyi ilə   bağı  məlumatların   açıqlanması  və fəaliyyətin fasiləsizliyi   prinsipinə   əsasən   maliyyə   hesabatlarının  hazırlanmasına görə məsuliyyət daşıyır. Cəmiyyətin   idarəedilməsinı   cavabdeh   olan   səlahiyyətli  şəxslər   Cəmiyyətin   ilkin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyırlar.

İlkin maliyyə hesabatlarının auditinə görə auditorun məsiluyyəti

Bizim  məqsədimiz  saxtakarlıq  səhv  nəticəsində  yaranmasından asılı   olmayaraq,  ilkin maliyyə hesabatlarında  əhəmiyyətli   səhvlərə   yol   verlimədiyinə dair  kifayət  qədər  əminlik  əldə  etmək və rəyimizi özündə    əsk    etdirən    auditor    hesabatının   hazırlamasından  ibarətdir. Kifayət qədər əminlik  dedikdə yüksək əminlik    səviyyəsi  nəzərdə   tutulur. Lakin   belə əminlik  səviyyəsi Beynəlxalq  Audit  Standartlarına uyğun auditin   aparılması    zamanı   bütün  əhmiyyətli   təhriflərin aşkar  olunacağına zəmanət vermir.Fırıldaqçılıq və ya səhv nəticəsində  yarana   biləcək   təhriflər o  halda  əhmiyyətli   hesab   edilir ki, onlar  ayrı-ayrılıqda və ya bütövlükdə ilkin maliyyə hesabatları    əsasında istifadəçilərin qəbul etdikləri iqtisadi qərarlara təsir göstərə bilsin.

Beynəlxalq  Audit  Standartlarına uyğun aparılmış  audit  çərçivəsində biz auditin  apardığı bütün  müddət ərzində peşakar mülahizələr irəli sürür və peşəkar skeptisizmi  saxlayırıq. Bundan əlavə biz:

  • Saxtakarlıq  yaxud    səhv   nəticəsində   yaranmasımdan   aslı    olmayaraq    ilkin   maliyyə  hesabatlarını əhəmiyyətli   dərəcədə  təhrif  edilməsi  risklərini   müəyyən  edir  və  qiymətləndirir, bu   risklərə  qarşı  audit prosedurları  işləyib  hazırlayıb  və  tətbiq  edir;rəyimizin  bildirilməsi  üçün  yetərli  və   müvafiq   asası  təmin edən audit sübutu əldə edirik. Fırıldaqçılıq  nəticəsində yaranan əhmiyyətli    təhrifllərin  aşkar edilməməsi   riski  səhv     nəticəsinə   yaranan  əhəmiyyətli  təhriflərin     aşkar edilməməsi   riskindən   yüksəkdir.   Belə   ki,    fırıldaqçılıq   gizli     sövdələşmə, saxtakarlıq,   məlumatların     bilərkən    göstərilməsi,  təhrif     edilmiş    şəkildə   təqdim  edilməsi və ya   daxili   nəzarət   sistemində  sui-istifadə   hallarını  nəzərdə  tutur.
  • Cəmiyyətin   daxili   nəzarət   sisteminin   effektivliyi   baradə   rəy bildirmək  üçün deyil,şəraitə uyğun audit prosedurlarının  işlənib hazırlanması  məqsədilə    audit  üçün   əhəmiyyətli   olan daxili nəzarət sistemi  üzrə məlumat əldə edirik. Tətbiq edilən  uçot   siyasətlərinin  uyğunluğunu, uçot    təxminlərinin  və  rəhbərlik   tərəfindən   hazırlanmış müvafiq  açıqlamaların  əsaslı olduğunun qiymətləndiririk.
  • Fəaliyyətin  fasiləsizliyi   ilə   bağlı   rəhbərliyin    mülahizələrinin    uyğunluğu     və    əldə edilmiş  audit sübutlarına   əsasən   Cəmiyyətin   fasiləsiz  fəaliyyət  gösətmək  qabiliyyəti   ilə  bağlı əhmiyyətli    dərəcədə şübhə   yarada   biləcək  hadisə  və  şərait üzrə  qeyi –müəyyənliyin mövcud olub-olmaması dair fikir bildiririk.   Əhəmiyyətli     qeyri-müəyyənliyi     mövcud   olduğun   barədə nəticəyə  gəldikdə, biz   auditor     rəyimizdə   diqqəti   ilkin   maliyyə   hesabatlarındakı   müvafiq açıqlamalara   cəlb   etməli,   belə    açıqlamalar   yetərli   olmadıqda,  rəyimiz i   dəyişdirməliyik. Nəticələrimiz    auditor   hesabatının  tarixinədək   əldə edilmiş     audit   sübutlarına  əsaslanır. Lakin   gələcək  hadisə   və  şəraitlər  Cəmiyyətin  fasiləsiz  fəaliyyət göstərmək  qabiliyyətini dayandırmasına səbəb ola bilər.
  • İlkin  maliyyə    hesabatlarının   ümumi   təqdimatını, strukturunu   və  məzmunu, o  cümlədən açıqlamaları və   ilkin   maliyyə   hesabtlarında     mövcud    əməliyyatlar    və    hadisələrin düzgün  təqdim   edilməsini qiymətləndiririk.

Biz digər    məsələlərdə   yanaşı,   planlaşdırılan  audit   prosedurların həcimi və vaxtı,əhəmiyyətli audit nəticələri, eləcə   də    audit    prosesində    müəyyən   etdiyimiz  daxili  nəzarət   sistemindəki əhəmiyyətrli  çatışmazlıqlar barədə məlumat təqdim edirik.

17 Noyabr 2020-ci il                                                                          Bakı,  Azərbaycan Respublikası

 

İlkin maliyyə hesabatları

MİNGƏÇEVİR  ŞƏHƏR  MKTİB                                     31 dekabr  2019-cu il və 31 dekabr  2018-ci il

İlkin maliyyə vəziyyəti  haqqında  hesabat (Məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

  31 dekabr       2019-cu il 31 dekabr 2018-ci il  31 dekabr                 2017-ci il
Aktivlər      
Uzunmüddətli  aktivlər
Əsas  vəsaitlər 438,793 460,619 484,440
Qeyri  maddi aktivlər 72 72 72
Cəmi  uzunmüddətli  aktivlər  438,865 460,691 484,512
Cari aktivlər
Mal-material  ehtiyyatları 42,984 49,058 34,261
Ticarət və digər debitor borcları 413,514 412,593 414,121
Pul  vəsaitləri və pul vəsaitlərinin    ekvivalentləri 2,337 18,210 1,182
Digər aktivlər 185,168 153,484 148,459
Cəmi  cari aktivlər 644,003 633,345 598,023
Cəmi  aktivlər 1,082,868 1,094,036 1,082,535
Kapital və öhdəliklər
Kapital
Nizamnamə  kapitalı 643,974 644,232 644,232
Bölüşdürülməmiş mənfəət
Cəmi  kapital 643,974 644,232 644,232
Öhdəliklər
Cari öhdəliklər
Ticarət və digər kreditor borcları 321,324 329,420 369,289
Dövlət büdcəsinə  vergi  öhdəlikləri
Digər öhdəliklər 117,570 120,384 69,014
Cəmi cari öhdəliklər 438,894 449,804 438,303
Cəmi kapital  və öhdəliklər 1,082,868 1,094,036 1,082,535

İlkin mənfəət və ya zərər və digər məcmu  gəlir haqqında hesabat  (Məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

31 dekabr  2019-cu  il tarixində başa çatan il 31 dekabr 2018-ci il tarixində başa çatan il
Gəlirlər 481,497 509,823
Maya dəyəri (-) (-)
Ümumi  mənfəət 481,497 509,823
Ümimi  və inzibati xarclər (512,064) (513,675)
Vergidən əvvəlki  mənfəət(zərər) (30,567) (3,852)
Mənfəət vergisi xərci (-) (-)
İl üzrə xalis mənfəət(zərər) (30,567) (3,852)
İl üzrə mənfəət və cəmi məcmu gəlir (30,567) (3,852)

İlkin pul vəsaitlərinin hərəkəti haqqlnda  hesabat  (Məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Əlavə kapital          Nizamnamə                                kapitalı Bölüşdüdülməmiş

mənfəət

Cəmi

kapital

31 dekabr  2017-ci il   644,232 644,232
     
il üzrə xalis mənfəət (zərər)     (3,852) (3,852)
Sair ümumi  gəlir/xərc   3,852 3,852
     
31 dekabr 2018-ci il tarixinə 644,232 644,232
     
İl üzrə xalis mənfəət (zərər)   (30,567) (30,567)
Sair ümumi gəlir/xərc   30,567 30,567
     
31 dekabr 2019-cu il tarixinə 643,974 643,974

 

İlkin pul vəsaitlərinin hərəkəti haqqlnda  hesabat  (Xüsusi göstərilmiş hallar istisna olmaqla,məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

31 dekabr  2019-cu il tarixində başa çatan il 31 dekabr 2018-ci il tarixində başa çatan il
Əməliyyat fəaliyyəti
Vergidən əvvəlki  mənfəət (30,567) (3,852)
Vergidən əvvəl mənfəəti xalis  pul  vəsaitlərinin hərəkəti ilə üzləşdirmək məqsədilə aparılmış  qeyri-nağd  düzəlişlər:
Əsas vəsaitlərin köhnəlməsi 21,640 23,821
Dövriyyə vəsaitlərində dəyişikliklər
Mal-material ehtiyatlarında  artım(azalma) 6,074 (14,797)
Ticarət və  digər debitor  borclarında artım(azalma) (921) 1,528
Digər aktivlərdə azalma(artım) (31,684) (5,025)
Kreditor borclarında artım(azalma) (8,096) (39,869)
Digər öhdəliklərdə azalma(artım) (2,814) 51,370
Ödənilmiş mənfəət vergisi (-) (-)
Əməliyyat fəaliyyəti üzrə əldə edilən xalis pul vəsaitləri (46,368) 13,176
İnvestisiya  fəaliyyəti
Əsas vəsaitlərin alınması (1,086)
Əsas vəsaitlərin satışından daxilolma 1,158
İnvestisiya  fəaliyyətində istifadə edilən xalis pul vəsaitləri (72)
Maliyyələşdirmə fəaliyyəti
Sair ümumi  gəlir/xərc 30,567 3,852
Maliyyələşdirmə fəaliyyəti üzrə əldə edilən xalis pul vəsaitləri 30,567 3,852
Pul  vəsaitləri və pul vəsaitlərinin ekvivalentində xalis artma (azalma) 15,873 17,028
Pul  vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri-ilin əvvəlində 18,210 1,182
Pul  vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri-ilin sonuna 2,337 18,210

17 Noyabr 2020-ci il tarixində Cəmiyyətin adından imzalanmış və buraxılmış  üçün təsdiqlənmişdir.

Direktor                                                                      Malliyyə meneceri

 

Şərhlər bağlıdır.