Mingəçevir Şəhər İcra Hakimiyyəti 4 könüllüyə sertifikat verib
İyulun 31-də Mingəçevir İcra Hakimiyyətində təcrübə keçən könüllülərə sertifikatlar təqdim olunub. İH başçısı İlham İsmayılov Azərbaycanda vüsət alan könüllülük hərəkatının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirdiyini diqqətə çatdırıb, beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərindən danışıb: “Yerli İcra Hakimiyyəti könüllülərin fəaliyyətindən ikinci dəfə istifadə edilr. Bu gənclər vətəndaşlarla keçirilən səyyar qəbullarda və gündəlik iş proseslərində aktiv şəkildə iştirak ediblər.”
Könüllülər təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, Mingəçevir İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübədən istifadə edəcəklərini bildiriblər.
Tədbirin sonunda 4 könüllüyə Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən sertifikatlar təqdim olunub.
Şərhlər bağlıdır.