Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin yeni rektoru haqqında nə bilirik?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2019-cu il.tarixli Sərəncamı ilə Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.

Bəs yeni rektor haqqında nə bilirik?

Aldığımız məlumata görə,  Şahin Bayramov 2012-ci ildə «Avropa İttifaqının Qonşuluq Siyasəti və Azərbaycanın iqtisadi məkanına inteqrasiyası problemləri» mövzusunda dissertasiyanı müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2015-ci ilin sonunda ABŞ-ın Nyu York şəhərində “İcraçılar üçün Qabaqcıl Liderlik Proqramı”nda (Advanced Executive Leadership Program) iştirak edib. Üç gün davam edən intensiv seminarlarda liderlik keyfiyyətləri, vizion, missiya və məqsədlərin müəyyən edilməsi, strateji qərarların qəbulu, heyətin və risklərin idarə olunması, kommunikasiya və danışıqlar aparılması bacarıqları, böhran şəraitində idarəetmə və digər mövzularda praktiki bilgilər qazanıb. Tədbirə Avropa kontinentindən qoşulan yeganə nümayəndə Ş.Bayramov olub və o, seminarda fəal iştirak edib.

2016-cı ilin fevralında ABŞ-ın Mayami şəhərində Şimali Amerika regionu üzrə İkinci Beynəlxalq Universitetlər Şəbəkəsi Konfransında (International Universities Networking Conference – IUNC North America 2016) iştirak edib. Üç gün davam edən konfransda “Effektiv əməkdaşlığın yaradılması: ali təhsilin beynəlmiləlləşməsi və universitetlər üçün qlobal çağırışlar” (Creating efficient partnerships: internationalization of higher education and global challenges for universities) mövzusunda təqdimatla çıxış edib. Tədbir çərçivəsində ABŞ, Yaponiya, Braziliya, İspaniya, Fransa, İtaliya, Çexiya, Hindistan və digər ölkələri təmsil edən universitetlərin və ali təhsil agentliklərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə universitetlərarası əməkdaşlıq imkanları və UNEC-ə xarici tələbə cəlb olunması məsələləri müzakirə olunub. Sonra Florida Beynəlxalq Universitetinin kampusuna səfər edib və həmin universitetin Biznes Kollecində olub.

2016-cı ilin mayında ABŞ-ın Kornell Universitetində (Cornell University) keçirilən 2016-cı il III Beynəlmiləlləşmə Simpoziumunda (3rd Internationalization Symposium 2016) iştirak edib. ABŞ Dövlət Departamentinin Hubert H.Humphrey Təqaüd Proqramının qalibi seçilməklə Amerikada professional inkişaf təlimlərinə qatılmaq imkanı qazanıb. Proqram çərçivəsində 11 avqust 2015-ci il – 10 iyun 2016-cı il tarixlərində ABŞ-da təhsil alaraq, proqramı uğurla başa vurub.

2017-ci ilin aprelinə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində işləyib. 2017-ci il aprelin 17-dən  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta-ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində çalışırdı, eyni zamanda UNEC-in “İiqtisadiyyat və idarəetmə” kafedrasının (0.5) müəllimi idi. .

 

 

Şərhlər bağlıdır.