Goranboyda fərqli görünüşü olan arılar aşkarlanıb
Rayonun Boluslu kəndində Xəqani Əliyevə məxsus tövləni özlərinə məskən seçən canlılar adi arılardan həm ölçüsünə, həm də rənginə görə fərqlənir. Ev sahibinin oğlu Sahil Əliyev bəzəkli, fərqli rəngdə olan iynəli canlılarla ilk dəfə rastlaşadığını deyir. Kənd sakini 3-4 gün öncə tövləyə girən zaman onları görüb. Maraqlı görünşlü arılar tövlədə torpaqdan kiçik mağara da hazırlayıb. İçərisində pətək qurub, artım edən arılar insanlara zərər vurmur. Amma həyətdə yetişməkdə olan üzüm dənələri həmin canlıların yem bazasına çevrilib.
Şərhlər bağlıdır.