Mingəçevir Regional Debat Mərkəzi mükafatlandırıldı
Mayın 31-də “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən həyata keçirilən “Respublika Gənclər Debat Forumu: Yaz 2017”nin final mükafatlandırmavə bağlanış mərasimi keçirilib. Tədbirdə Mingəçevir Regional Debat Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib. O, “Islam Həmrəyliyi” ideyalarının təbliğində fəal iştirakına görə xüsusi diplomla təltif edilib.
İB-nin bölgə nümayəndəliyi olan Mingəçevir Regional Debat Mərkəzi r 15 oktyabr 2015-ci ildən fəaliyyətə başlayıb. Mərkəz tərəfindən Mingəçevirdəki ali və orta ixtisas məktəblərində, , eyni zamanda orta təhsil ocaqlarında 600-dən çox tələbəyə, 700-dən çox şagirdə “Karl Popper” formatında təlimlər keçirilib.
Şərhlər bağlıdır.