Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız Kuboku 2017”-yə hazırlıq davam edir

Mingəçevir  Gənclər Evində “Debat Təlimi və Şou Debat” keçirilib. Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə MRDM tərəfindən icra olunan təlimlərə yeni qoşulan gənclərə debat haqqında ətraflı məlumat verib. MRDM-nın sədr müavini Samir Şükürov “Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız Kuboku 2017” çərçivəsində şəhərdə həyata keçiriləcək tədbirlər və daxili turnirlər haqqında danışıb. Bundan sonra “ŞOU DEBAT”da iştirak edən “Dejavu” və “Marjinallar” komandaları “Böyük şəhərlərdə yaşamaq kiçik kəndlərdə yaşamaqdan daha yaxşıdır” mövzusunda debatlar aparıblar.

Tədbir 4-5 noybarda keçiriləcək “Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız Kuboku 2017” -yə hazırlıq məqsədi daşıyır.

Şərhlər bağlıdır.