Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Nadir Hüseynov Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində cari semestr ərzində Rumıniyanın Transilvaniya Braşov Universitetində təhsil almaq imkanı qazanıb.
Bununla əlaqədar olaraq, oktyabrın 30-dan Rumıniyanın Braşov şəhərinə yola düşən N.Hüseynov təhsil proqramına müvafiq olaraq beş fənn üzrə dərslərə qatıldığını və təhsil müddətinin dörd ay davam edəcəyini bildirib.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə və müəllim heyətinin potensialının inkişaf etdirilməsi məqsədilə “Erasmus+” və digər mübadilə proqramlarında fəal iştirakı təmin etmək üçün müvafiq şəraitin yaradılmasına xüsusi diqqət yetirilir.
Şərhlər bağlıdır.