AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib

2021-ci ilin 12 noyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində “Ustad dərsləri” layihəsi üzrə növbəti mühazirə keçirilib. Mühazirədə hər iki universitetin professor-müəllim heyəti üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirəyə MDU-nun  “Humanitar fənlər” kafedrasının müdiri Esmira Cəfərova moderatorluq edib.

BDU-nun Jurnalistika fakültəsinin “Yeni media və kommunikasiya nəzəriyyəsi” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli “Müasir Azərbaycan mediasının problemləri” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycan mediasının aktual probremlərindən danışan professor müasir jurnalistikanın qarşısında dayanan vəzifələrdən, yazı stilistikasından, xəbərlərin obyektivliyindən, sosial medianın yaratdığı imkanlardan, informasiya təhlükəsizliyi və digər mövzulardan danışıb. Mediada operativliyin vacibliyindən söz açan Cahangir Məmmədli peşəkar jurnalistlərin kütləvi informasiya vasitələrində uğurlu fəaliyyətlərindən bəhs edib.

Böyük maraqla qarşılanan məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb. Faydalı mühazirəyə və maraqlı müzakirələrə görə professor C.Məmmədliyə, eləcə də əməkdaşlığın inkişafında dəstəyi olan hər kəsə təşəkkürünü bildirən hər iki universitetin kollektiv üzvləri layihənin icrasından məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, MDU-da akademik potensialın gücləndirilməsi məqsədilə ölkəmizin qabaqcıl və qocaman ali təhsil müəssisəsi olan BDU ilə əməkdaşlığa xüsusi önəm verilir. Sözügedən əməkdaşlığın effektivliyinin yüksəldilməsi məqsədilə universitetlər arasında çoxşaxəli birgə fəaliyyət planı həyata keçirilir. Tələbə və magistrantların, akademik və inzibati heyət üzvlərinin hərtərəfli inkişafına hədəflənən bu fəaliyyət planı ustad dərsləri, konfranslar, dəyirmi masalar, elmi seminarlar, təlimlər, təcrübə mübadiləsi və müxtəlif məzmunlu tələbəyönümlü tədbirləri özündə ehtiva edir.

 

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker