AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universiteti və Bakı Dövlət Universitetinin tələbələri arasında Zəfər Gününə həsr olunan bilik yarışı keçirilib

13 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə onlayn bilik yarışı keçirilib.

Yarışda hər biri 6 tələbədən ibarət 8 komanda mübarizə aparıb. Komandalardan altısı BDU-nu, ikisi isə MDU-nu təmsil edib.

Müxtəlif sahələrə aid məntiqi və dünyagörüşü xarakterli suallarla əhatə olunan oyun zamanı 57 xalla ən yaxşı nəticə göstərən BDU-nun “1984” adlı komandası yarışın qalibi olub.

Qeyd edək ki, Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə MDU-da tərəfdaş universitetlərlə birlikdə müxtəlif formatda tədbirlər keçirilib.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker