“Tələbə İnkişaf Platforması” layihəsi çərçivəsində görüş
2022-ci ilin 24 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Dövlət Məşğulluq Agentliyinin “Tələbə İnkişaf Platforması” layihəsi çərçivəsində görüş keçirilib. MDU-nun Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə Dövlət Məşğulluq Agentliyinin əməkdaşları, universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.
Universitetin Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırovun moderatorluq etdiyi görüşdə Dövlət Məşğulluq Agentliyinin Peşəyönümü şöbəsinin müdiri Toğrul Ələkbərov, aparıcı mütəxəssisi Əli Qurbanlı və karyera məsləhətçisi Pərviz Əfəndizadə təqdimatla çıxış ediblər.
Bildirilib ki, “Tələbə İnkişaf Platforması” tələbələrə karyera planlaması və inkişafı üzrə təlimlər keçən, eyin zamanda, universitetlərin karyera mərkəzləri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək Dövlət Məşğulluq Agentliyinin layihəsidir.
Çıxışlarda karyera planlaması zamanı diqqət yetirilməsi vacib olan əsas amillərdən, əmək bazarında tələb və təklifin və ətrafdakı insanların karyera seçiminə təsirlərindən, müasir dövrdə insanın dəyərini artıran yumşaq bacarıqlardan (soft skills) bəhs edilib.
Görüş iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da təhsilalanların karyera inkişafı diqqət mərkəzində saxlanılır və bu məqsədlə tərəfdaşlarla birgə fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir. Bu baxımdan MDU-da yeni yaradılan Karyera və İnkişaf Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
Şərhlər bağlıdır.