Bizimlə həyatınız həmişə işıqlı olacaq!

1 Mart – Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub

126

2022-ci ilin 1 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Mühəndislik fakültəsinin tərkibində fəaliyyət göstərən Mexanika kafedrasının təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş seminar keçirilib. Açıq hava şəraitində təşkil olunan seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

Tədbirdə Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu günün qeyd edilməsində başlıca məqsədin ictimaiyyətin diqqətinin mülki müdafiə işinin təşkili məsələlərinə cəlb edilməsi olduğu bildirilib. Hər il konkret bir problemə həsr edilən Beynəlxalq Mülki Müdafiə Gününün bu ilki mövzusunun “Fəlakətlər və böhranlar səbəbindən köçkün düşmüş əhalinin idarə edilməsi və mülki müdafiə; Könüllülərin rolu və pandemiya ilə mübarizə” ilə əlaqəli olduğu diqqətə çatdırılıb.

Universitetin Mexanika kafedrasının əməkdaşlarından Ariz Abbasov və İlham Məmmədov çıxışlarında əhalinin təhlükəsizliyi və mühafizəsinin, fövqəladə hallardan mühafizə sahəsində hazırlığının təmin edilməsinin mülki müdafiə qarşısında duran əsas vəzifələr olduğunu qeyd edib, tələbələri fərdi mühafizə vasitələrindən istifadə və radiasiya şəraitində davranış qaydaları barədə məlumatlandırıb və bununla bağlı müvafiq təlimatları praktiki olaraq nümayiş etdiriblər.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, hər il 1 mart tarixi Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin fövqəladə hallarda mülki müdafiə hazırlığının təmin edilməsi ilə bağlı müvafiq maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.