AzərbaycanElm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı birinci kurs tələbələrlə görüş keçirib

2020-ci ilin 19 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatı (TGT) “İqtisadiyyat və idaretmə”, “Pedaqoji” və “Mühəndlislik” fakültələrinin birinci kurs tələbələri ilə görüş keçirib.

“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşdə tələbələrə MDU-da keyfiyyətli ali təhsil almaq üçün yaradılan şəraitdən, tədris prosesindən, faydalana biləcəkləri resurslardan, tələbə həyatının müxtəlif sahələri üzrə həyata keçirilən layihələrdən, tələbə təşkilatları və klublarının fəaliyyətindən, onların gənclərə qazandırdığı üstünlüklərdən bəhs edilib, xarici dil və kompyuter biliklərini artırmaq, beynəlxalq tələbə mübadiləsi proqramlarına qoşulmaq, xaricdə təhsili davam etdirmək imkanları barədə ətraflı məlumatlar verilib.

Görüşdə MDU rəhbərliyinin universitetin idarə edilməsində və qəbul edilən bütün qərarların müzakirəsində təhsilalanların fəal iştirakına böyük önəm verməsi tələbələrin diqqətinə çatdırılıb və bu məqsədlə silsilə xarakterli çoxsaylı görüşlərin keçirilməsi ilə yanaşı, universitetin inzibati, professor, müəllim və tələbə heyəti arasında çevik kommunikasiyanın qurulması üçün bütün mümkün online resurslardan və alətlərdən istifadə edilməsi bildirilib.

Daha sonra tələbələrin intellektual və yaradıcılıq potensiallarının üzə çıxarılması və inkişaf etdirilməsi, onların asudə vaxtlarını daha səmərəli keçirmələri üçün müvafiq imkanların yaradılması istiqamətində qarşıda dayanan vəzifələr, nəzərdə tutulmuş tədbirlər və digər məsələlərlə bağlı tələbələrlə geniş fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb, rəy və təkliflərinə münasibət bildirilib.

Sonda, tələbələr yaradılmış şəraitə, onlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close