Elm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetində FHN DYNX Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları maarifləndirmə tədbiri keçirib

Mingəçevir Dövlət Universitetində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsi (DYNİ) maarifləndirmə tədbiri keçirib. Regional İdarənənin Maarifləndirmə sektorunun baş məsləhətçisi Məzahir Qaçayev qeyd etmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində binaların və qurğuların layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri, istismarı dövründə yanğın təhlükəsizliyi sahəsində norma, standartların və qaydaların tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını aparan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmlakının yanğından icbari sığortasının həyata keçirilməsinə dövlət yanğın nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Sonra daxili xidmət kapitanı Elmir Ərzimanlı, daxili xidmət kapitanı Elşən Mustafayev, daxili xidmət baş leytenantı Elnur Həbibzadə çıxış edərək bildiriblər ki, FHN DYNX əhalini yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirmək məqsədilə müxtəlif mövzuları əhatə edən regional seminarlar keçirir, yerlərdə yanğına qarşi təbliğat xarakterli səyyar foto – sərgilər nümayiş etdirir.

Xidmətin əməkdaşları ali təhsil müəssisəsinin ərazisinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi (təxliyyə) planlarının və hər bir auditoriya otağı üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, pilləkan qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına (su hovuzları, su kəmərləri, su çənləri, su hidrantları) qayğı ilə yanaşılmasının vacibliyini qeyd ediblər.

Sonra universitetin əməkdaşları və tələbələr Ş.İslamova, İ.Məmmədov, A.Abbasov, N.Niftəliyev, V.Məmmədov, Ç.Əlizadə, S.İsmayılov, S.Rəcəbova və digərləri Aran Regional DYNİ əməkdaşlarına müxtəlif səpkili təklif və suallarla müraciət ediblər. Tədbir dəyirmi masa arxasında geniş fikir mübadiləsi başa çatıb.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????
Daha çox

Oxşar yazılar

Close