Elm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetində “Azərbaycan ailəsi 2019” film festivalında seçilmiş filmlər nümayiş olunub

Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə kinomotoqrafiya və fotoqrafiya sənəti vasitəsilə ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılması, foto və video materiallardan ibarət fondun zənginləşdirilməsi və təqdim edilən işlərin maarifləndirmə məqsədilə cəmiyyət üzvlərinə nümayiş etdirilməsi məqsədilə hər il “Azərbaycan ailəsi” film festivalı keçirilir. Ənənə halına alınmış festival 2019-cu ildə də uğurla keçirilib.

“Azərbaycan ailəsi 2019” film festivalına təqdim olunan işlərin ailə dəyərlərinin təbliğində və gənc nəslin tərbiyəsində əhəmiyyətini nəzərə alaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həmin filimlər Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində yerləşən təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərində nümayiş etdirilməsi tövsiyyə olunub.

Yanvarın 13-də Mingəçevir Dövlət Universitetində Pedaqoji, İqtisadiyyat və idarəetmə və Mühəndislik fakültələrində Ruslan Məmmədovun “Gələcəyi qoru” və Səbinə Haqverdiyevanın “Mən anamı çox sevirəm” nümayiş olunan filimləri tələbələr arasında rəğbətlə qarşılanmış, geniş diskusiyya səbəb olmuşdur. Hər iki film doğurdanda nəinki, gənc nəslin ümumiyyətlə bütün cəmiyyət üçün tərbiyəvi xarakter daşıdığını, ailənin qorunub saxlanması üçün vacib amil olduğunu göstərir. Müzakirəyə qoşulan tələbələr qeyd ediblər ki, “Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və ailə dəyərləri bizim milli dəyərlərimizdir. Xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəz¬olunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır”.

Tələbələr bildiriblər ki, ailə – nikah, qohumluq, ümumi maraq və qarşılıqlı mənəvi məsuliyyətin mövcud olduğu kiçik qrupdur. Cəmiyyətin və dövlətin formalaşması və inkişafında ailə mühüm vasitədir. Ailə xalqın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genefondun daşıyıcısı kimi mühüm rola malikdir. Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını dolğun şəkildə qoruyub saxlamaqdadır. Tarix boyu xalqımız ailənin qurulmasına mühüm bir hadisə kimi yanaşıb, onun təməlinin möhkəm olmasına çalışıb. Sədaqət, məhəbbət, mərhəmət, birlik, zəhmətsevərlik kimi məfhumlar bu gün Azərbaycan ailəsinin bünövrəsini təşkil edir.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????
????????????????????????????????????

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close