Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində “Elm Günü”nə həsr edilmiş növbətil virtual elmi konfrans keçirilib

2020-ci ilin 27 aprel tarixində Mingəçevir Dövlət Universiteti (MDU) “Mühəndislik” fakültəsinin Tələbə Elmi Cəmiyyətinin virtual elmi konfransı keçirilib.

“Elm Günü”nə həsr edilmiş Konfransın açılışında çıxış edən MDU-nun Elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov universitetin rektoru Şahin Bayramovun tədbir iştirakçılarına salamlarını çatdırıb və Konfransın təşkilində əməyi olanlara təşəkkürünü bildirib. O, məruzə ilə çıxış edəcək tələbələrə uğurlar arzulayıb.

Konfransa böyük maraq olduğunu diqqətə çatdıran Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva konfransın proqramı və dinləniləcək məruzələr haqqında məlumat verib.

Sonra konfransda məruzələr dinlənilib. Fakultənin tələbələrindən Gülnarə Əliyeva “İnsanın özünün yaratdığı Aral ekoloji fəlakəti” mövzusunda (Elmi rəhbər: dosent Pərvanə Səfərova), Şamxal Hüseynov “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların təşkili sistemləri” mövzusunda (Elmi rəhbər: dosent Şahsuvar Heydərov), Günay Nəsibova “Ovçuluğun nizamlanmasının Azərbaycan biomüxtəlifliyində rolu” mövzusunda (Elmi rəhbər: b.f.d. Vüsalə Mustafayeva), Aysu Abbaszadə “Blokçeyn texnologiyalarının istiqamətləri və tətbiq xüsusiyyətləri” mövzusunda (Elmi rəhbər: baş müəllim Asudə Abdurrahmanova), Elsevər Cəfərov “Kabelsiz enerji transmissiyası” mövzusunda (Elmi rəhbər: baş müəllim Səadət Şıxəliyeva) və Xoşqədəm Məmmədli “Onlayn tədrisdə bulud xidmətlərindən istifadə” mövzusunda (Elmi rəhbər: müəllim Günel Baxşiyeva) məruzələrlə çıxış ediblər.

Virtual konfransın iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb.

 

Şərhlər bağlıdır.