Elm və təhsilMDU

Mingəçevir Dövlət Universitetinə növbəti 5 il üçün Akkreditasiya Sertifikatı təqdim olundu

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsi tərəfindən daxil olan müvafiq məktuba əsasən Mingəçevir Dövlət Universiteti Akkreditasiyadan keçməli idi. Buna müvafiq olaraq Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyevin müvafiq əmrilə Öüzünütəhlil Komissiyası yaradılmışdır.

2018-ci il oktyabr ayının 16-21 tarixlərində Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsi tərəfindən kommisiya universitetin akkreditasiya işlərinə başladılar. Komissiya bir həftə ərzində buraxılış qruplarında test imtahan prosesini həyata keçirdi, tələb olunan bütün sənədlər üzərində işlədilər, onların nüsxələrini qəbul etdilər, dekanlıq, kafedralar, şöbə və mərkəzlər yoxlanıldı, admnistrativ və pedaqoji heyətlə müsahibələr keçirdilər, tələbələrlə ünsüyyət qurdular, tədris prosesində iştirak edib, keyfiyyətə təminat məsələlərinə aydınlıq gətirdilər.

Ötən bir neçə ay ərzində Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsi tərəfindən bütün sənədlər araşdırılmış və hesabat hazırlanmışdır. Komissiya hesabatıla Təhsil Naziri Ceyhun Bayramovu tanış etmiş, bütün məsələlər geniş müzakirə olunmuşdur.

Beləliklə, Azərbaycan Respublikası Təhsil Naziri Ceyhun Bayramovun 30 aprel 2019-cu il tarixli F-233 nömrəli əmri ilə Mingəçevir Dövlət Universitetinə dövlət ali təhsil müəssisəsi kimi növbəti 5 il üçün Akkreditasiya Sertifikatı təqdim olunmuşdur.

Təqdimat mərasimində Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev kollektivi bu ağır işdən əzimlə və alnı açıq çıxdıqları üçün dərin minnətdarlığını bildirdi və hər bir kəsə növbəti fəaliyyətlərində uğurlar dilədi. Bu münasibətlə kollektivin bir qrup professor və müəllim heyətinə şəxsi işlərinə yazılmaqla təşəkkürnamə elan edildi, digər bir qrupa isə universitetin Fəxri fərmanı təqdim edildi.

Mingəçevir Dövlət Universitetinin professor-müəllim və tələbə heyətini bu münasibətlə təbrik edirik.

 

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close