Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universiteti “Nizami dühası ümumbəşəri dəyərdir” mövzusunda respublika konfransında təmsil olunub

97

2021-ci ilin 17 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik heyət üzvü Bakı Dövlət Universitetinin Qazax filialının təşkilatçılığı ilə keçirilən “Nizami dühası ümumbəşəri dəyərdir” mövzusunda respublika elmi konfransında iştirak edib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən konfransın bölmə iclaslarında MDU əməkdaşlarından Aygün İsmayılova “Nizami Gəncəvinin ədəbi irsində dünyanın tarixi və coğrafi kosmologiyasi”, Nazim Niftəliyev “Nizami Gəncəvi ideyaları Azərbaycanın sosial-iqtisadi prioritetlərində”, Vəfa Balakişiyeva “Nizami Gəncəvi əsərlərində cəmiyyətin sosial-iqtisadi quruluşu”, Arif Tağıyev “Azərbaycanın iqtisadi fikir tarixinin formalaşmasında Nizami Gəncəvinin rolu” və Nərgiz Niftalıyeva “Nizami Gəncəvinin psixoloji görüşləri” mövzularında geniş və ətraflı məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da elmi potensialın inkişaf etdirilməsi məqsədilə akademik heyət üzvlərinin respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi tədbirlərdə fəal iştirakına xüsusi önəm verilir.

Şərhlər bağlıdır.