AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində ingilis dili üzrə təlimlər keçirilib

2021-ci ilin 20-25 dekabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) beynəlxalq təlimçi Harry Park tərəfindən universitetin əməkdaşları, tələbə və magistrantları üçün “English with Harry” adlı ingilis dili təlimləri keçirilib.

“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən təlimlərin başlıca məqsədi MDU-da təhsilalanların və təhsilverənlərin ingilis dili bacarıqlarının yeni metodlarla inkişaf etdirilməsi olub.

Beş gün müddətində davam edən təlimlərdə ingilis dilində oxuma, yazma, dinləmə və danışma bacarıqlarının inkişafı istiqamətində interaktiv dərslər təşkil edilib və praktiki tapşırıqlar yerinə yetirilib.

Təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da kadr potensialının və tələbələrin hərtərəfli inkişafına, eləcə də onların xarici dil bilik və bacarıqlarının artırılmasına hədəflənən bu tipli fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker