AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində fəal tələbələrlə görüş keçirilib

2021-ci ilin 30 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) fəal tələbələrlə görüş keçirilib.

Görüşdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tələbə gəncləri təbrik edən MDU-nun rektoru Şahin Bayramov onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Hazırda universitetin modernləşməsi prosesində tələbələrin aktiv iştirakından məmnunluğunu bildirən rektor onların növbəti illərdə də daha yüksək akademik nəticələr əldə edəcəklərinə, universitet və cəmiyyət həyatında daha fəal və faydalı olacaqlarına əminliyini ifadə edib.

Sonra universitetin ictimai həyatında xüsusi fəallıqları ilə seçilən tələbələrə təşəkkürnamələr təqdim edilib.

Səmimi görüşə, göstərilən diqqət və qayğıya görə MDU rəhbərliyinə təşəkkürünü bildirən tələbələr gənclərin hərətərəfli inkişafı üçün yaradılan əlverişli təhsil mühitinin imkanlarından maksimum faydalanacaqlarına və universitetin tərəqqisi yolunda öz töhfələrini əsirgəməyəcəklərinə söz veriblər.

Sonra xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbələrin universitet həyatında fəal iştirakının təşviq edilməsinə xüsusi önəm verilir.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker