Mingəçevir Bələdiyyəsinin üzvləri məhəlləyə gəldilər
Bələdiyyəsi üzvlərinin «Tərəvəzçilik sovxozu» məhəllə komitəsi fəalları ilə görüşü keçirilib. Görüşdə məhəllə komitəsinin ərazisində ötən il bələdiyyənin gördüyü işlərdən danışılıb, eyni zamanda sakinlərin qarşılaşdıqları çətinliklərlə bağlı bələdiyyə və İcra hakimiyyəti nümayəndələrinə müraciətlər edilib. Sakinlər uzun illər yaşadıqları ev və həyətyanı sahələrin sənədləşdirilməsində çətinliklərlə üzləşdiklərini, ara yolların işıqlandırılması və təmirinin vacibliyini diqqətə çatdırıblar.
Bələdiyyənin sədr müavini Əli Əliyev, komissiya sədrləri Zahid Qasımlı, Nəbi Nəbiyev, İcra Hakimiyyətinin böyük məsləhətçisi Xanlar Qurbanov, Bələdiyyənin şöbə müdiri Mehdixan Babayev və İH-nin ərazi İcra nümayəndəsinin müavini Nəriman İsmayılov sakinlərin suallarını cavablandırıblar. Əmlakın sənədləşdirilməsi ilə bağlı problemlərin aradan qaldırılması üçün aidiyyatı orqanlara müraciət olunacağı bildirilib.
Görüşdə o da vurğulanıb ki, yolların təmiri və başqa sosial məsələlərin həlli üçün sakinlərin torpaq və əmlak vergilərini, torpaq icarə haqlarını vaxtında ödəmələri vacibdir. Məhəllə komitəsinin üzvləri bu işdə bələdiyyəyə kömək edəcəklərini deyiblər.
Şərhlər bağlıdır.