«Büdcə sistemi haqqında», «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında», «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanunlarını əsas tutaraq, Mingəçevir Bələdiyyəsinin 24 dekabr 2018-ci il tarixli, 14 saylı iclasının 14/1 saylı Qərarı ilə 2019-cu il üçün proqnoz gəlir və xərcləri aşağıdakı kimi təsdiq olunmuşdur. Həmin Qərarı ictimaiyyətin nəzərinə çatdırırıq.
Gəlirlərin mənbəyi aşağıdakı kimi nəzərdə tutulub:
Fiziki şəxslərdən torpaq vergisi 11500 manat, fiziki şəxslərdən əmlak vergisi 25500 manat, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 25000 manat, bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş 2000 manat, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş 6300 manat, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş 3100 manat, bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya muvəqqəti dayanacaqları üçün ödəniş 2900 manat, dövlət büdcəsindən verilən dotasiya 150000 manat, dövlət büdcəsindən verilən subvensiya 171350 manat, bələdiyyə əmlakının satışından daxil olan gəlirlər 25000 manat, icarəyə verilmiş torpaqdan icarə haqqı 122400 manat, bələdiyyələrin digər fəaliyyətindən daxil olan gəlirlər 17400 manat, Mingəçevir Bələdiyyəsinin 2019-cu il büdcəsinin proqnoz gəlirləri 01.01.2019-cu ilə qalıq 35000 manat olmaqla, 597450 manat;
Xərclərin aşağıdakı istiqamətlər üzrə olması nəzərdə tutulub:
Əmək haqqı 170000 manat, əmək haqqına üstəlik 38700 manat, dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınması 2960 manat, ezamiyyə xərcləri 2500 manat, nəqliyyat xidmətləri haqqının ödənilməsi 4500 manat, digər kommunal xidmətləri haqqinin ödənilməsi (tullantıların ləğvi və daşınması) 500 manat, rabitə xidmətləri haqqının ödənilməsi 2600 manat, elektrik enerjisi haqqının ödənilməsi 1000 manat, qaz haqqının ödənilməsi 1000 manat, su haqqının ödənilməsi 300 manat, abadlaşdırma xidmətləri haqqının ödənilməsi 70000 manat, inventar və avadanlığın alınması və təmiri xərclərinin ödənilməsi 3100 manat, binaların cari təmir xərclərinin ödənilməsi 5500 manat, sair cari xərclər 20250 manat, əsas vəsait 6000 manat, sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri 30000 manat, yolların cari təmiri 24800 manat, yardım 13800 manat, bank xidmətləri haqqı 3000 manat, imkansız ailələrin dəfn və mərasim xidmətlərinin təşkili 2000 manat, abunə xərcləri 3590 manat, mədəni-kütləvi tədbirlər 5000 manat, subvensiya (bələdiyyə bazarının tikintisi) 171350 manat, ehtiyyat fondu 15000 manat, Mingəçevir Bələdiyyəsinin 2019-cu il büdcəsinin proqnoz xərcləri 597450 manat.
Şərhlər bağlıdır.