Mingəçevir Bələdiyyəsində “iş yerində stress və kollektiv çağırış” mövzusunda regional müşavirə keçirilib
Aprelin 28-i Ümumdünya əməyin mühafizəsi günüdür. Bununla əlaqədar aprelin 15-də Mingəçevir Bələdiyyəsində həmkarlar təşkilatlarının regional müşavirəsi keçirilib. AHİK-in əməyin mühafizəsi üzrə şöbə müdirinin müavini Əli Mədətov və baş texniki, əmək müfəttişi Əliş İbrahimov, Mingəçevir İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev stressin sağlam həyatın düşməni olması, streslə mübarizə aparmağın yolları, işdə stressin qarşısının alınması, iş prosesinin düzgün təşkili, işləyənlər arasında sağlam münasibətin yaradılması kimi məsələlərə aydınlıq gətiriblər. Mövzu ətrafında geniş müzakirə aparılıb.
Şərhlər bağlıdır.