Mingəçevir Bələdiyyəsi “Yerli Demokratiya Həftəsi” keçirilib
Yerli Demokratiya Həftəsi çərçivəsində (15-21 oktyabr 2018-ci il tarixlərində) Mingəçevir Bələdiyyəsində “Açıq qapı” günləri elan olunub, “qaynar xətt” açılıb. Əhali ilə bələdiyyədə və məhəllələrdə görüşlər keçirilib. Bələdiyyənin inzibati binasının fasadında “Yerli Demokratiya Həftəsində fəal iştirak edək!” şüarı asılıb, vətəndaşlara bələdiyyənin keçirəcəyi tədbirlərdə iştirakla bağlı çağırış edilib. Sakinlərin rəy və təkliflərini yazılı şəkildə bildirmələrinə şərait yaratmaq üçün Bələdiyyə binasının I mərtəbəsində “Poçt qutusu” qoyulub.
Tədbirlər həftənin hər günü məktəb və məhəllələrdə davam edib.
Şərhlər bağlıdır.