CəmiyyətElm və təhsilMingəçevirMTK

Mən bələdiyyə üzvü olsaydım…

“Mən bələdiyyə üzvü olsaydım…”

Oktyabrın 18-də “Yerli Demokratiya Həftəsi” çərçivəsində şəhər Bələdiyyəsinin Mingəçevir Tibb Kollecində (MTK) keçirdiyi tədbir belə adlanırdı. Tədbiri giriş sözü ilə bələdiyyənin sədr müavini Əli Əliyev açıb. O, bələdiyyənin 2018-ci ilin 9 ayı ərzindəki fəaliyyəti barədə qısa məlumat verib və 2019-cu il üçün nəzərdə tutulmuş işlərdən danışıb.

Bələdiyyənin komissiya sədri Zahid Qasımlı yerli özünüidarədə əhalinin, xüsusən gəncələrin iştirakının və həmrəyliyin artırılması, fikir mübadiləsi yolu ilə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə toxunub. “həftə”nin “Yerli Demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” şüarı altında keçirildiyini bildirib.

Kollecin təcrübə rəhbəri Azər Quliyev MTK ilə bələdiyyənin birgə tədbirlər təşkil etməsinin, qarşılıqlı fikir və təcrübə mübadiləri aparılmasının vacibliyindən danışıb. Sonda tələbələr “Mən bələdiyyə üzvü olsaydım, ilk növbədə hansı problemin həllinə çalışardım?” mövzusunda danəşaraq, yaşadıqları ərazidə yerli əhəmiyyətli problemlərə, onların həll yollarına diqqəti yönəldiblər.

Daha çox

Oxşar yazılar

Close