QHT

Ekoloji Informasiya İctimai Birliyi növbəti tədbirini “Ağgöl” Milli Parkına ekskursiya ilə davam etdirdi

Təbiətsevərlərə maarifləndirici buklet və broşürlər, papaq və köynəklər paylanıb.

Ekoloji Informasiya İctimai Birliyi iyunun 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Ceyranlar tarixi vətənlərinə dönürlər” ekoloji təbliğat layihəsinin növbəti tədbirini Ağcabədidəki “Ağgöl” Milli Parkına məktəbli gənclərin maarifləndirici-ekskursiya səfəri ilə davam etdirib. Ekskursiyaya Ağcabədi və Bərdə rayonlarından tərəfdaş və əlaqədar təşkilatların nümayəndələrilə yanaşı 100 nəfərədək təbiətsevər gənc məktəbli qatılıb. Ağcabədi rayonunun İcra Hakimiyyəti və YAP Qadınlar Şurasından Radə Qafarova tədbirin təşkilində yaxından iştirak ediblər.

Layihə rəhbəri, Ekoloji Informasiya İB-nin sədri Musa Muradlı layihənin məqsəd və məramı, ölkəmizin flora və faunasının qorunmasına layihə fəaliyyətlərinin verəcəyi töhfə barədə danışıb. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi, ekoloq-alim Xosrov Musayev müasir ekoloji mühit, ceyranların ölkəmizdə yaşam arealı, nəsli kəsilməkdə olan heyvanat aləminin qorunmasına dövlətimizin göstərdiyi qayğı barədə dəyərli, elmi tövsiyələrini verib. Təbiətsevərlərə maarifləndirici buklet və broşürlər, papaq və köynəklər paylanıb.

“Ağgöl” Milli Parkının mənzərəsi tədbirə qatılanları valeh edib. Tədbir Bərdə şəhər məktəblisinin skripkada ifa etdiyi gözəl, həzin musiqi və Ağcabədi rayon Hacıbədəlli musiqi məktəbi yaradıcı gənclərinin rəngarəng ifaları və  viktorina qaliblərinə xüsusi təşəkkürnamələrin təqdimatı ilə başa çatıb.

Ekoloji Informasiya İctimai Birliyinin məlumat mərkəzi 

Daha çox

Oxşar yazılar

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker