Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Bələdiyyəsi iki şəhid bulağının inşasını öhdəsinə götürüb

Bələdiyyənin təşəbbüsü və vəsaiti ilə şəhid Məmmədli Məhəmməd Murad oğlunun və şəhid qardaşları Musa və Tural Tapdıq oğlu Həsənovların xatirə bulaq kompleksləri inşa olunub.

Mingəçevir Bələdiyyəsi növbəti sosial layihəsinin icrasını başa çatdırıb. Bələdiyyənin təşəbbüsü ilə şəhid Məmmədli Məhəmməd Murad oğlunun xatirəsinə vaxtilə yaşadığı əraziyə yaxın yerdə müasir dizayn və işıqlandırma sistemi ilə qurulan bulaq kompleksi inşa olunub, qarşısına iki ədəd oturacaq qoyulub, ətrafı abadlaşdırılıb. Bu məqsədlə bələdiyyə tərəfindən 6000 manat vəsait və tikinti üçün 5m2  ağ və qara mərmər ayrılıb.

Bu barədə Mingəçevir Bələdiyyəsinin sosial və iqtisadi inkişaf şöbəsinin müdiri Zahid Qasımlı mi-news.az  səhifəsinə məlumat verib.  Z.Qasımlının sözlərinə görə, şəhid qardaşları Musa və Tural Tapdıq oğlu Həsənovların xatirə bulaq kompleksinin tikintisinə də yerli Bələdiyyə dəstək olub. Bu məqsədlə Bələdiyyə büdcəsindən 2360 manat və  4m2 ağ mərmər ayrılıb.

 

Şərhlər bağlıdır.