Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir, 9 may

Səhər tezdən ictimaiyyət nümayəndələri və Böyük Vətən Müharibəsi iştirakçıları Qələbə abidə kompleksi” önünə gələrək, qarşısına əklil və tər güllər düzüb, müharibə qurbanlarının xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Orta ümumtəhsil məktəblərinin şagirdləri Mingəçevirdə yaşayan 9 nəfər müharibə iştirakçısına və arxa cəbhə veteranına gül dəstələri təqdim ediblər. “N” saylı hərbi hissənin əsgərləri və məktəblilər nümunəvi sıra keçidi ilə tədbir iştirakçılarının qarşısından keçiblər.
Böyük Vətən Müharibəsi veteranları ilə təşkil olunan görüşdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov xalqımızın 1941-45-ci illərdə göstərdiyi qəhrəmanlıqlardan, faşizm üzərində tarixi qələbənin qazanılmasındakı fədakarlığından danışıb. Bildirib ki, bütün ölkədə olduğu kimi, Mingəçevirdə də bu kateqoriyadan olan insanlara xüsusi qayğı göstərilir. Onların sosial problemlərinin həlli, müayinə və müalicəsi diqqət mərkəzində saxlanılır. Görüşdə müharibə iştirakçıları ağır illərlə bağlı xatirələrini bölüşüb, xüsusi diqqətə görə dövlət başçısına minnətdarlıq ediblər. Onlara Böyük qələbənin 70 illik medalı, İcra Hakimiyyəti tərəfindən maddi yardım təqdim olunub. Miri Ağakişiyevə Belarusun Prezidenti Lukaşenkonun ünvanladığı təbrik məktubu çatdırılıb.
Yerli incəsənət ustalarının çıxışları görüşə xüsusi rəng qatıb.

Şərhlər bağlıdır.