Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir 20 Yanvar Ümumxalq Hüzn günündə

Yanvarın 20-də mingəçevirlilər şəhərdəki Şəhidlər xiyabanına gələrək, 20 Yanvar faciəsi qurbanlarına ehtiramlarını bildiriblər. Xiyabanda ucaldılmış abidə kompleksinin önünə əklil və gül dəstələri düzülüb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi anılıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda şəhidlər verdiyini, lakin təslim olmadığını diqqətə çatdırıb: “Sovet hakimiyyəti xalqımızın iradəsini və milli ruhunu qıra bilmədi. Oğul və qızlarımız ölkəmizin mənafeyi və müdafiəsi naminə canlarından keçdilər, şəhidlik zirvəsinə ucaldılar. Onların misilsiz fədakarlığı tariximizin yeni qəhrəmanlıq səhifəsini yazdı”.

Şəhidlər Xiyabanında Mingəçevir Dövlət Dram Teatrı aktyorlarının ifasında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi kompozisiya da nümayiş etdirilib. Mərasimin gedişində avtomobillərdən qalxan səs siqnalları hərəkətliliyi bir anlığa dondurub.

Şərhlər bağlıdır.