Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə İctimai Şuraya 9 yer uğrunda 13 nəfər mübarizə apardı

Hikmət Kərimov: “Bütün proses vətəndaş cəmiyyəti nümayəndələrinin gözü qarşısında şəffaf şəraitdə keçirildi. Hətta səssayma prosesini də namizədlərin iştirakilə apardıq. Düşünürəm ki, şuraya seçkilər VC nümayəndələrinin cəmiyyətdəki mövqelərini ortaya qoydu”.

1. 211

2022-ci il iyulun 16-da Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçirilib. Səhər saat 10.15-də başlayan və 12.15-dək davam edən seçkilərdə 9 yer uğrunda 13 namizəd mübarizə aparıb.  Onlara 138 nəfər səs verib.

Seçki komissiyasının sədri, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Hikmət Kərimov bildirib ki, bütün proses vətəndaş cəmiyyəti nümayəndələrinin gözü qarşısında şəffaf şəraitdə keçirilib: “Hətta səssayma prosesini də namizədlərin iştirakilə apardıq. Düşünürəm ki, şuraya seçkilər VC nümayəndələrinin cəmiyyətdəki mövqelərini ortaya qoydu”.

Seçkinin nəticələri aşağıdakı kimi olub:

Sıra №-siSoyadı, adı, atasının adıTəmsil etdiyi qurum və vəzifəsiSeçkidə topladığı bal
1Babayev Əbülfət Musa oğlu“Qarabağ Qaziləri” İB-nın şəhər filialının sədr müavini86
2Bəndəliyev Əliağa Bəndalı oğlu“QMVƏŞA” İB şəhər şöbəsinin sədri52
3Cavadov Mirzə Cavad oğluMingəçevir Dövlət Universitetinin tarix müəllimi29
4Əsədov Fizuli Əli oğlu“Mingəçevir Regional QHT-lərin Resurs və Təlimi” İB-nın sədri36
5Həsənov Vaqif Yaqub oğlu“Mingəçevirdə Sahibkarlığın İnkişafına Dəstək” İB-nın sədri54
6Xanlayev Samrin Nadir oğlu“İşıqlı gələcək” Gənclər İctimai Birliyinin sədri19
7Qasımlı Zahid Allahveren oğlu“Iqtisadi Sosial Maarifləndirmə Mərkəzi” İB-nın sədr müavini38
8Mikayıllı Rizvan Aslan oğlu“Şəhər Veteranları Şurası”nın sədr müavini45
9Nəzərov Çingiz Mənaf oğlu“Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İB-nın sədri29
10Nəbiyeva Yeganə Əkrəm qızı“Mingəçevir Valideynlər Assosiasiyası” IB-nın İdarə Heyətinin üzvü72
11Nəbiyev Fərman Bəhram oğlu“Mingəçevir işıqları” qəzetinin baş redaktoru81
12Şirinov Inqilab Xosrov oğlu“Kanal-32” Media şəbəkəsinin baş direktoru58
13Tağıyeva Vüsalə Vahid qızı“Şəhid Ailələrinin Müdafiə Cəmiyyəti” İB-nın üzvü38

Sonda Seçki Komissiyasının sədri elan edib ki, Babayev Əbülfət Musa oğlu, Nəbiyev Fərman Bəhram oğlu, Nəbiyeva Yeganə Əkrəm qızı, Şirinov Inqilab Xosrov oğlu, Həsənov Vaqif Yaqub oğlu, Bəndəliyev Əliağa Bəndalı oğlu, Mikayıllı Rizvan Aslan oğlu, Qasımlı Zahid Allahveren oğlu və Tağıyeva Vüsalə Vahid qızı Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya üzv seçiliblər.

Şərhlər bağlıdır.