Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında da İctimai Şura yaradılacaq

Şəhər İcra Hakimiyyəti veb səhifəsində bu barədə elan yerləşdirib

Xəbər verdiyimiz kimi, indiyədək əksər bölgələrin İcra hakimiyyətləri yanında ictimai şuralar fəaliyyət göstərsə də, bu günə qədər Mingəçevirdə yaradılmayıb. Bu haqda mayın 26-da Gəncədə keçirilən zona konfransında məlumat verilmişdi. Nəhayət, Mingəçevirin yerli hökuməti də tilsimi sındırmaq istəyir. İyunun 9-da İH-nin veb səhifəsində yerləşdirilən elandan aydın olur ki, İH-də seçki komissiyası yaradılıb və seçkilərdə iştirak etmək istəyənlər 23 iş günü ərzində sənədlərini təqdim edə bilərlər. Vətəndaş cəmiyyətinin maraqğını nəzərə alaraq, elanı təqdim edirik.

 

Mingəçevir şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şuranın üzvlüyünə seçkilərlə bağlı

ELA N

09 iyun 2022 | 12:31

Mingəçevir şəhər İcra Hakimiyyətinin (bundan sonra icra hakimiyyəti) fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək üçün icra hakimiyyəti yanında fəaliyyət göstərən İctimai şuranın tərkibinin formalaşdırılması üçün Şuranın üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır. Müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai şuranın fəaliyyətində iştirak etmək istəyənlər 09.06.2022-ci il tarixdən 23 iş günü müddətində İcra Hakimiyyətinin Seçki Komissiyasına müraciət edə bilər. Müraciətlə (əlaqə vasitələri, e-mail və digər zəruri məlumatlar qeyd edilməlidir) vətəndaş cəmiyyəti institutları ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

şəxsiyyət vəsiqəsinin surətini;

namizədin tərcümeyi-halını;

namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti;

Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.

Şərhlər bağlıdır.