Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Dram Teatrının 55 illik yubileyi münasibəti ilə Festival keçirilir

329

Elm və mədəniyyətin hələ az yayıldığı ölkədə xalqın tərəqqisinə nail olmaq üçün ən güclü vasitələrdən birisi teatrdır. Çünki teatr sənətin ən demokratik növlərindəndir, o dövrünün bütün təbəqələrinə müyəssərdir və şüurların oyanmasına, zövqlərin tərbiyəsinə bilavasitə təsir göstərməyə qadirdir.

Mərziyyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrının 55 illik yubileyi və planda nəzərdə tutulan Azərbaycan Respublikasının Əməkdar artisti, MDDT-nın direktoru İntiqam Soltanın “Bir Teatr – Bir Festival ” layihəsi çərçivəsində 3 mərhələli “Mono Tamaşalar Festivalı”nın ilkin mərhələsi uğurla həyata keçirilib.

Mingəçevirlilərin mədəniyyət ocağında belə festivalların keçirilməsi əlamətdar hadisədir.  Teatr böyüklər üçün məktəbdir. “Dram sənətinin məqsədi insanların əxlaqını yaxşılaşdırmaq, oxucu və qulaq asanları ibrətləndirməkdir”.

15 aprel tarixində Mingəçevir Dövlət Dram Teatrında keçirilən festivalda Lənkəran Dövlət Dram Teatrı(LDDT)-nın , Bakı Uşaq-Gənclər Teatrının , Gəncə Dövlət Dram Teatrı (GDDT)-nın, Gəncə Dövlət Kukla Teatrının xadimləri də iştirak ediblər.

Festivalda həmçinin Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin dekanı t.f.d., dos. Nizami Zeynalov, Humanitar fənlər kafedrasının müəllimi dosent Namaz Manafovla yanaşı, akademik və inzibati heyəti, o cümlədən tələbələri, Festivalın informasiya dəstəkçisi ” EL” televiziyasının direktoru İqbal Məmmədəliyev ,  mədəniyyət xadimləri, şəhər sakinləri də iştirak edib.

Azərbaycan mədəniyyətinin inkişafına daim xidmət edən Mingəçevir Dövlət Dram Teatrının “Bir Teatr – Bir Festival ” layihəsi çərçivəsində 3 mərhələli “Mono Tamaşalar Festivalı “16 aprel tarixindədə davam etdiriləcək.

Müəlif: Aynur Araz

Şərhlər bağlıdır.