Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirin Energetiklər qəsəbəsində yolayrıcı zibil yerinə çevirlib

MKTK-nın işçiləri “Bura zibil atmaq qadağandır” lövhəsini vurublar və hər səhər yola atılmış zibilləri yığışdırırlar, amma hər gün xoşagəlməz vəziyyət təkrarlanır

Mingəçevirin Energetiklər qəsəbəsində,  Fazil Əzimov və Cəmil Əliyev küçələrinin kəsişməsində olan yolayrıcı zibil poliqonuna oxşayır.  Bəzi vətəndaşlar və sürücülər məişət tullantılarını zibil maşınına deyil, yola atmağa vərdiş ediblər. Xüsusən ətraf küçələrdə yaşayan sakinlər öz avtomobilləri ilə gətirdikləri zibil torbalarını həmin əraziyə boşaldırlar. Üfunət iyindən yoldan keçmək olmur. Axşam saatlarında isə oradan keçmək təhlükəlidir, çünki əraziyə toplaşan sahibsiz itlər yoldan keçənlərə hücum edir. Yaranmış antsanitar vəziyyət insan sağlamlığına və ətraf mühitə ciddi ziyan vurur. Baxmayaraq ki, MKTK-nın işçiləri “Bura zibil atmaq qadağandır”  lövhəsini vurublar və hər səhər yola atılmış zibilləri yığışdırırlar, amma hər gün xoşagəlməz vəziyyət təkrarlanır.

Qəsəbə sakinləri  hesab edirlər ki, məişət tullantılarının avtomobil yoluna atılmasının qarşısını almaq üçün təsirli tədbirlər görülməlidir. Belə ki, ərazini zibilləyənləri cərimələrə və ictimai qınağa məruz qoymaq vacibdir. Əks təqdirdə iki şəhidimizin – Fazil Əzimov və Cəmil Əliyevin adlarını daşıyan küçələr və Qarabağ əlillərinin yaşadığı binanın qarşısı bu biabırçılıqdan qurtara bilməyəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.