Mingəçevirdə vergi yenilikləri ilə bağlı informasiya sessiyası keçirilib
Vergi ödəyicilərinə qanunvericilik və inzibatçılığa dəyişikliklər barədə ətraflı məlumat verilib
30 Yanvar 2024-cü ildə 11 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi ödəyicilərinə xidmət şöbəsinin Baş Dövlət Vergi Müfəttişi (DVM) Asəf Abbasov və fond hesabı müfəttişi Cəlal Zeynalzadə Mingəçevir şəhrində fəaliyyət göstərən vergi ödəyiciləri və onların nümayəndələri ilə görüşüblər. 8 nəfərin qatıldığı görüşdə vergi qanunvericiliyi və inzibatçılığına edilmiş əlavə və dəyişikliklər barədə ətraflı məlumat verilib.
Bildiyiilib ki, 1 yanvar 2024-cü ildən etbarən Vergi Məcəlləsinə dəyişikliklər edilib. Qanunvericiliyə edilən dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir.
Sonda vergi ödəyiciləri tərəfindən verilmiş suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb. Baş DVM-i Asəf Abbasov görüşdə fəal iştiraklarına görə vergi ödəyicilərinə minnətdarlığını bildirib və belə görüşlərin gələcəkdə də keçiriləcəyini diqqətə çatdırıb.
Şərhlər bağlıdır.