Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü: layihə fəaliyyəti barədə film çəkilməsi üçün təklif gözlənilir

Maraqlananlar qiymət təkliflərini 2024-cü il mayın 20-dən 31-dək göndərə bilərlər

Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyilə və Mingəçevir Valideynlər Assosiasiyasının “Mingəçevirdə Valideyn Təlatümü”  təşəbbüsü çərçivəsində podratçı təşkilat olan Mingəçevir Resurs Mərkəzi aşağıdakı xidmətin göstərilməsi  üçün fiziki və hüquqi şəxslərdən təkliflər gözləyir:

-Layihə fəaliyyəti barədə 25 dəqiqəlik sənədli filmin ssenarisinin hazırlanması

-Filmin çəkilişi

-Filmin montajı və təhvil verilməsi. 

Film peşəkar səviyyədə hazırlanmalıdır. Ekspertin müsbət rəyindən sonra ödəniş aparılacaq.

Ödənişlər müqavilə əsasında, hesab faktura və elektron qaimə təqdim etməklə həyata keçiriləcək. Maraqlananlar qiymət təkliflərini 2024-cü il mayın 20-dən  31-dək aşağıdakı ünvana göndərə bilərlər:

farman.nabiyev@gmail.com

 

Mingəçevir Resurs Mərkəzi MMC

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.