Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü: Konfrans zalı və kofe fasiləsinin təşkili üçün təklif gözlənilir

Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinə məxsus təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Mingəçevir Resurs Mərkəzi tərəfindən gerçəkləşir.

2023-cü il noyabrın 1-dən Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində və Mingəçevir Valideynlər Assosiasiyasının təşəbbüsü üzrə Mingəçevir Resurs Mərkəzi aşağıdakı xidmətləri yerinə yetirən fiziki və hüquqi şəxslərdən təkliflər gözləyir:

  1. Konfrans zalı (kompüter və proyektoru olan, internetlə və istilkilə təchiz edilən, azı 25 yerlik və kofe fasiləsi etmək üçün ayrıca otağa malik və səhər 8.30-dan günorta 14.30-dək istifadəyə verilən).
  2. 20 iştirakçı üçün 12 gün ərzində gündə 2 dəfə olmaqla kofe fasiləsinin təşkili.

Təlimlər 2023-cü il 6-25 dekabr aralığında keçiriləcək.

Ödəniş müqavilə əsasında və elektron qaimə təqdim etməklə xidmət yerinə yetirildikdən sonra həyata keçiriləcək.

 

Maraqlananlar qiymət təkliflərini 02 dekabr 2023-cü ilədək  aşağıdakı ünvana göndərə bilərlər:

farman.nabiyev@gmail.com

 

Mingəçevir Valideynlər Assosiasiyası İB

Mingəçevir Resurs Mərkəzi MMC

Şərhlər bağlıdır.