Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Təhsildə “Karyera Forumu” start götürdü

Məqsəd karyerasını planlamaqda çətinlik çəkən 100 gənci yerli və xaricdə təhsil, karyera planlaması və şəxsi inkişaf məsələlərində maarifləndirməkdir

383

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfindən Təhsildə “Karyera Forumu”na start verilib.

Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılışda çıxış edən “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Rüfət Qazızadə layihənin məqsəd və vəzifələri ilə bağlı iştirakçılara məlumat verib.

Daha sonra forumun rəsmi spikerləri – Orxan Mahmudov,  Zaur Cahangirov,  Sənan Niyazi,  Zərxanım Ağayeva və Ramid Ağayev mövzularla yaxından tanış olub, təlim mərhələləri ilə bağlı sualları cavablandırıblar.

Layihənin məqsədi karyerasını planlamaqda çətinlik çəkən 100 gənci yerli və xaricdə təhsil, karyera planlaması və şəxsi inkişaf məsələlərində maarifləndirməkdir. Layihə çərçivəsində yerli formal təhsildə inkişaf meyilləri, beynəlxalq təhsilə çıxış imkanları və faydaları, “Mənim hazırki karyeram”, “Şəxsi inkişafım hansı yerdədir?” adlı mövzularda peşəkar təlimçilər tərəfindən təlimlər keçiriləcək.

 

Şərhlər bağlıdır.