Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə bir gündə 17 nəfər dəm qazından zəhərlənib

“Guya qaza bu gün əlavə təhlükəli maddə qatılıb” deyənlərə rəsmi cavab

Mingəçevirdə 3 aprel 2022-ci ildə  müxtəlif ünvanlardan xəstəxanaya daşınan 17 xəstə məhz dəm qazından zəhərlənib. Bu fikirləri təcili yardım şöbəsinin baş həkimi Allahverdi Alıyev deyib. Onun sözlərinə görə, son illər ərzində bu, şəhərdə qeydə alınan ilk hadisədir.
Bir gün ərzində “Onlardan 5-i azyaşlı uşaqdır, 1-i isə dializ xəstəsidir. Təcili tibbi  yardım xidməti bu gün gücləndirilmiş rejimdə çalışıb. Əməkdaşlarımızın köməyi və doğmalarının  səyi ilə xəstəxanaya çatdırılan  insanları ölümün cəngindən qurtarmaq mümkün olub. Onların əksəriyyəti artıq evinə dönüb. Xəstəxanada yalnız 4-5 nəfər zəhərlənən pasiyent qalıb. Onların da durumu qənaətbəxşdir”, deyə o, qeyd edib.

Bir gündə 17 şəxsin  qazdan zəhərlənməsi şəhərdə müxtəlif  şayiələrə də yol açıb. Tərtər Regional Qaz İstismar İdarəsinin Mingəçevir xidmət  sahəsinin rəisi Elməddin İbrahimov bununla bağlı açıqlama verib:  “Guya qaza bu gün əlavə təhlükəli maddə qatılıb. Qazla bağlı cihazları açmayın, insanların kütləvi zəhərlənməsi halları hüdud tanımır və sairə buna oxşar xəbərlər, səs yazıları paylaşılır. Tam qətiyyətlə bəyan edirik ki, bütün bu paylaşılanlar həqiqəti əks etdirmir və təhlükəli şayiədən başqa bir şey deyil. Bütün xidmətlərlə əlaqə saxlanılıb və mavi yanacağın  adi rejimdə  və normal halda abunəçilərə çatdırıldığı müəyyən olunub. Ola bilsin ki, hava şəraiti bəzi metohəssas insanlara mənfi təsir edib. Şükürlər olsun ki, zəhərləndiyi açıqlanan 17 nəfərdən kimsə ağır durumda deyil”, deyə o, qeyd edib.

Şərhlər bağlıdır.