Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə 600 nəfərə qurban payı verilib

İcra Hakimiyyətinin təşəbbüsü, Mingəçevir Bələdiyyəsinin və iş adamlarının maliyyə dəstəyi ilə Qarabağ qazisləri, şəhid ailələri və imkansız şəxslərə qurban payı təqdim edilib

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ictimaiyyət nümayəndələri ilə görüşdə Qurban Bayramı münasibətilə mingəçevirliləri təbrik edib. 28 iyun 2023-cü ildə qurbankəsmə mərasimi zamanı başçı 600 Qarabağ qazisi, şəhid ailəsi və imkansız şəxs üçün qurban payı verildiyini açıqlayıb.

İcra Hakimiyyəti tərəfindən müəyyən edilmiş plan əsasında bu il üçün 500 nəfərə qurban payını verməyi yerli bələdiyyə öhdəsinə götürüb. 100 nəfərə isə qurban payı imkanlı şəxslərin vəsaiti hesabına  çatdırılıb. Bu addımla Qarabağ müharibəsində xidmətlərini yerinə yetirən və həlak olan şəhid ailələrinə, qazilərə  və imkanı olmayan şəxslərə yardım göstərilib.

İlham İsmayılov bu təşəbbüsün birlik və qardaşlıq hisslərini gücləndirməyə və sosial müdafiəsiz insanlara dəstək verməyə kömək etdiyini vurğulayıb. Eyni zamanda  Qurban Bayramının böyük bir mənası olduğunu, bu münasibətlə insanların bir-birinə dəstək göstərməsinə və yardım etməsinə  çağırış edildiyini bildirib. Bununla da İH başçısı sosial baxımdan ehtiyacı olan insanlara kömək etmək üçün öncülük rolunu oynayaraq, cəmiyyəti vətəndaşlıq məsələlərinə və xüsusiyyətlərinə dəyər verməyə çağırıb.

Şərhlər bağlıdır.