Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə əsən güclü külək bir neçə ağaçı kökündən çıxarıb

Son günlər havaların qeyri-sabit keçməsi respublikanın müxtəlif rayonlarında fəsadlara yola açır. Güclü külək və leysan yağışlarla müşaiyyət olunan təbiət hadisəsi kənd təsərrüfatı və fərdi evlərə külli miqdarda ziyan vurur.

İyunun 15-də Mingəçevirdə gecə saatlarında təkrar olunan belə hava nəticəsində külək Təbriz  küçəsi, Fizuli parkı, şəhər stadionuna yaxın ərazilərdə bir neçə ağacı kökündən çıxarıb.

Şəhərin bəzi yerlərində elektrik enerjisinin ötürülməsində qısa fasilələr yaranıb.

Şərhlər bağlıdır.