Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Turizm Kollecinin futbol komandası ölkə üzrə ikinci oldu

Kollecin tələbəsi Məhərrəmov Elxan Mahir oğlu turnirin "Ən yaxşı müdafiəçisi nominasiyası"nın qalibidir

Naxçıvan Muxtar Respublikanın 100 illiyinə həsr edilmiş tələblər arasında futzal üzrə turnir başa çatıb. 19 ali və orta ixtisas təhsil müəssisələri komandalarının iştirak etdiyi turnirdə Mingəçevir Turizm Kollecinin komandası finala qədər yüksələrək, “Gümüş” medal qazanıb. Çətin mübarizə şəraitində keçən final görüşündə Mingəçevir Turizm Kolleci ilə Naxçıvan Dövlət Universitetinin futbol komandaları qarşılaşıb. Kollecinin tələbəsi Məhərrəmov Elxan Mahir oğlu isə turnirin “Ən yaxşı müdafiəçisi nominasiyası” nın qalibi olub. Final oyunundan əvvəl komanda üzvləri Azərbaycanın bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Bakı şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər.

Turnir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyası və Azərbaycan  Tələbə Futbol Federasiyası İctimai Birliyinin dəstəyi ilə həyata keçirilib.

Xəyalə Alışova

Şərhlər bağlıdır.