Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Şəhərində yerləşən Gimnaziya fərqliliyi ilə seçilir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mingəçevir Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya 24 saat şagirdlərinin qayğısına qalır.

Nur şəhərimizdə yerləşən bu Gimnaziya və onun imkanları çox genişdir. Nəzərə alsaq ki, indi bir çox ailələrdə hər iki aparıcı qüvvə işləyir, bu zaman valideyinlər üçün çox çətin olur övladlarını məktəbdən sonra repititor yanına aparmaq. Bəzən hər repitiorda istənilən nəticəni vermir. Əyər şəhərimizdə belə bir təhsil ocağı varsa, şagirdlər orada gün ərzində 4 dəfə qidalanır, dərsdən sonra məşğələlər keçir, tapşırıqlar elə məktəbdəcə tərbiyəçi müəllim tərəfindən öyrədilir, bu məktəbi yaxından tanımağa və tanıtmağa dəyər.

İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya 1961-ci ildən fəaliyyət göstərir. Indiki məktəb binası isə 1984-cü ildə tikilib. 2020-2021-ci ildə əsaslı təmirdən çıxan Gimnaziyanın hazırda 3 binası istifadəyə verilib. Tədris korpusu, yeməkxana və yataqxana.

Şagird tutumu 320 nəfər olan məktəbin iki şəhidi var. 2016- cı ildə Aprel döyüşləri adı altında tarixə düşən və ayın 1-dən 5-nə qədər davam edən müharibədə şəhid olmş Qasımov Teymur Sabir oğlu və 2020- ci ildə başlayaraq, 44 gün davam edən Vətən müharibəsində qəhrəmancasına şəhadətə yüksələn Orucov Tural Əmir oğlu Gimnaziyanın yetirmələri olublar.

Gimnaziyada təhsil alan şagirdlər 3 qrupa ayrılır. Valideyinlərin razılıq ərizəsi ilə gecə qruppasına qalan şagirdlər, günü uzadılmış qruplarda (gün sonuna qədər) qalan şagirdlər və dərs saatı bitdikdə evə qayıdan şagirdlər. Yenicə təmirdən çıxmış Gimnaziyada Fizika Kimya fənlərinin tədrisi zamanı şagirdlərin istifadəsinə verilən labaratoriya otaqlarında şagirdlər təcrübəyə cəlb olunur.

Gimnaziya haqqında daha ətraflı məlumat yaxı günlərdə dərc olunacaq.

Şərhlər bağlıdır.