Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyada “Şuşa İli” çərçivəsində silsilə tədbirlər keçirilir

2022-ci ilin bitməsinə az müddət qalmasına baxmayaraq Gimnaziya öz ənənəsinə sadiqdir. Burada təhsil alan şagirdlərin milli mənəvi dəyərlərin qoruyub saxlanılması istiqamətində yetişdirilməsi prioritet vəzifələrdən biridir. 

Bu sözləri Gimnaziyanın direktoru Pərvanə Tahirova bu yaxınlarda keçirilən “Şuşanın Tarixi” adlı tədbirdə çıxışı zamanı qeyd edib.

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı və 2022-ci ilin “Şuşa İli” elan edilməsi bir daha doğma yurdun tarixi, mədəni və strateji əhəmiyyətindən xəbər verdiyini, şəhərin sürətlə dirçəldilməsinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu göstərdiyini qeyd edən P. Tahirova “Şuşa İli” çərçivəsində Gimnaziyada çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Şuşanın əsrarəngiz təbiətinin, zəngin tarixi və mədəni irsinin tanıdılması və gənc nəsil arasında təbliğinin vacibliyindən bəhs edib və tədbirin önəmini vurğulayıb.

P. Tahirova bu tədbirdə şagirdlərimiz il ərzində şifahi tanıdıqları Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada yaşayıb yaratmış tarixi şəxsiyyətlərin həyatına nəzəri baxış keçirərək dahi şəxsiyyətləri canlandırdılar. Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, musiqisinə xidmət edən əvəzsiz  xadimlərin keşməkeşli həyat yolunu öyrənmək, onu təbliğ etmək,  yaşatmaq hər birimizin milli mənəvi borcudur deyə bildirib.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Şərhlər bağlıdır.