Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin tələbələri məktəblilər üçün Mart soyqırımına həsr edilmiş tədbir keçiriblər

527

2022-ci ilin 30 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin dördüncü kurs tələbələri təcrübə keçdikləri Mingəçevir şəhər 13 saylı tam orta məktəbdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçiriblər. Məktəbin akt zalında təşkil edilən tədbirdə hər iki təhsil müəssisəsinin kollektiv üzvləri, tələbələr və şagirdlər iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Mingəçevir şəhər 13 saylı tam orta məktəbin direktoru Daşqın İbrahimov və MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov 104 il əvvəl erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilən soyqırımın heç zaman unudulmayacağını, soyqırım qurbanlarının daim böyük ehtiram və rəhmətlə anılacağını bildiriblər. Tarixi həqiqətlərin gənc nəsl arasında təbliği istiqamətində tələbə və şagirdlərin birgə fəaliyyətləri təqdirəlayiq hal kimi dəyərləndirilib.

Sonra, tədbirin proqramına uyğun olaraq, tələbələr soyqırım barədə məruzələrlə çıxış edib, məktəb şagirdləri isə şeirlər səsləndiriblər.

Sonda, Mart soyqırımı hadisəsinə dair tarixi həqiqətləri əks etdirən videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə önəm verilir.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.