Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Məqsədimiz Ağdaş gənclərinə karyera inkişafında kömək olmaqdır”

Ağdaş nümayəndəliyi gənclərə xidmət göstərən qurumdur.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyi 2021-ci il may ayından etibarən fəaliyyət göstərir. Bu müddət ərzində onlarla layihələr həyata keçirilib, təlimlər aparılıb, silsilə klub fəaliyyətləri icra olunub. Rayon ərazisindən və kəndlərdən gələn gənclərin vaxtlarını səmərəli keçirmələri üçün bu məkanda imkanlar genişdir. Belə ki, gənclər yeni dostlar qazanaraq sosial mühitini genişləndirir, həmçinin şəxsi inkişafları üçün təlimlər və layihələrdən faydalanırlar.

Müraciət edən gənclər fəaliyyətlərdən razıdır.

“Məqsədimiz Ağdaş gənclərinin karyera inkişafına kömək olmaqdır”-deyən nümayəndəliyin direktoru Tahir Umudov müraciət edənlərin sayının artmasından və gələn gənclərin fəaliyyətlərindən razı qaldığını deyir.

Ağdaş nümayəndəliyi bundan sonra da yeniliklərlə çıxış edəcək və rayon gənclərinə faydalı işlər görmələrində yardımçı olacaq. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyinə qoşulmaq istəyən 14-29 yaşarası gənclər Ağdaş şəhər, Heydər Əliyev Mərkəzinə gələ və ya agdashgencleri, agdashgikm sosial platformaları, eləcə də agdash@gikm.az elektron ünvanı ilə əlaqə yarada bilər.

Mərkəz tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Şərhlər bağlıdır.