Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində Oriyentasiya Günü keçirilib

14

2023-cü il sentyabrın 14-də Mingəçevir DÖvlət Universitetində (MDU) bu ali təhsil müəssisəsinə yeni qəbul olmuş tələbə və magistrantlar üçün Oriyentasiya Günü keçirilib. MDU-nun hər iki tədris binasında ənənəvi olaraq təşkil edilən tədbirdə tələbələr universitet həyatı ilə tanış olublar. Tanışlıq prosesində onlara MDU-nun bir qrup əməkdaşları və tələbə könüllüləri bələdçilik ediblər.

Tələbə və magistrantlar fakültə dekanlıqları, kafedralar, şöbələr, mərkəzlər, laboratoriyalar, kitabxana, akt zalı, yeməkxana, idman kompleksi və digər struktur bölmələrin fəaliyyəti ilə yaxından tanış olublar. MDU-da təhsilalanların hərtərəfili inkişafı üçün yaradılan imkanlar, mütəmadi olaraq təşkil edilən təlim, seminar və digər tədbirlərlə bağlı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, MDU-ya 2023/2024-cü tədris ili üçün rekord sayda (1538 nəfər) tələbə və magistrant qəbul olub. Beləliklə, yeni tədris ilində MDU-da rekord sayda (4406 nəfər) tələbə və magistrant təhsil alacaq. Müqayisə üçün diqqətə çatdıraq ki, 2018/2019-cu tədris ilində qəbul göstəricisi 604 nəfər, ümumilikdə təhsil alan tələbə və magistrant sayı 1988 nəfər olub.

Şərhlər bağlıdır.