Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universiteti kollektivi Mingəçevir Sukanal idarəsinə ekskursiyada

273

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının əməkdaşları, Ekologiya və Ekologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan bir qrup tələbə və magistrantı “Azərsu” ASC-nin tabeliyində fəaliyyət göstərən “Birləşmiş Sukanal” MMC-nin Mingəçevir Sukanal idarəsində ekskursiyada olublar.

Ekskursiya Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems” – GEOCLIC) layihəsi çərçivəsində baş tutub.

Ekskursiya çərçivəsində idarənin və universitetin kollektiv üzvlərinin iştirakı ilə elmi-praktiki seminar təşkil olunub. Seminarda MDU-nun Fizika və ekologiya kafedrasının dosenti Pərvanə Səfərova “Su hövzələrinin çirklənməsi və su hövzələrinin təmizlənməsi”, magistrant Cavid Abbasov “Çirkab sularının ozon ilə təmizlənməsi” mövzusunda çıxış edib və müzakirələr aparılıb.

Daha sonra, MDU-nun ekskursiya heyəti idarənin istehsalat bölmələri və laboratoriyası ilə tanış olublar.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə, təhsilalanların dünyagörüşlərinin, praktiki bilik və bacarıqlarının artırılmasına töhfə verən müvafiq infoturların və ekskursiyaların təşkilinə xüsusi önəm verilir.

Şərhlər bağlıdır.