Bütün Dövlət müəssisələri 1 iyun uşaqların beynəlxalq müdafiəsi gününə hazırlıqlar görmüşdü. Hər şey balaca balaların gül çöhrəsində təbəssüm yaratmaq, onların dəyərlərini hiss etdirmək üçün idi.
Mingəçevir şəhərində də uşaqlar günü təm-təraqla qeyd edildi.
Valideynlər öz balalarını sevindirmək üçün imkanları daxilində onları maraqlı əyləncə mərkəzlərinə, teatr, kino,konsert proqramlarına aparırdılar.
Mingəçevir Dövlər Dram Teatrı isə balaca tamaşaçılarını 3 tamaşa ilə sevindirdi. Bu günə qədər yaşanmayan bir ilkə imza atdı.
Tamaşalar 01.06.2024/ 02.06.2024 tarixlərində eyni anda teatrın həm böyük zalında həm kiçik zalında ( kukla teatrı) nümayiş etdirildi.
Hər şey körpələrin üzündə “Bir Təbəssüm” yaratmaq üçün idi və, MDDT- bunu çox gözəl bacardı.
Qeyd edək ki: Mingəçevir şəhəri İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın şagirdləri də bu tamaşalardan yararlandılar. Belə ki, aztəminatlı, valideyn himayəsindən qismən məhrum olan, qəyyum himayəsində böyüyən uşaqların təhsil aldığı İnternat tipli Gimnaziyanın körpələrinə seanslar ödənişsiz olaraq həyata keçirildi.
Şərhlər bağlıdır.