Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Milli Konstitusiyamız ölkəmizin demokratik inkişafının təminatçısıdır”

Noyabrın 12-də Mingəçevirdə, Heydər Əliyev Mərkəzində  yerli İcra Hakimiyyəti və YAP ŞT “Milli Konstitusiyamız ölkəmizin demokratik inkişafının təminatçısıdır” mövzusunda elmi-nəzəri konfrans təşkil edib.  Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açılış nitqində bildirib ki, Əsas Qanununuz bəşəri və humanist dəyərləri, eyni zamanda xalqın iradəsini özündə ifadə edir.

Konfransda bir neçə maraqlı məruzə dinlənilib. YAP Şəhər Təşkilatının sədri Cavanşir Yusubov bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycan Respublikası  Konstitusiyasının yaradıcısıdır: “Ölkəmiz müstəqil olsa da, 1995-ci ilin sonlarına qədər sovet konstitusiyası ilə idarə olunurdu. Məhz 1994-cü ildə umummmilli liderin rəhbərliyi ilə yaradılan komissiya qısa zamanda bu böyük işi ərsəyə gətirdi. Noyabrən 12-də isə ümummxalq səsverməsi  nəticəsində Azərbaycan Respublikasının Konstiutusiyası qəbul olundu”.

Mingəçevir Turizm Kollecinin müəllimi Ceyhun Abdullayev Əsas Qanunun vətəndaşların hüquq və azadlıqlarının təminatçısı olduğunu diqqətə çatdırıb. YAP ŞT Gənclər Birliyinin sədr müavini Cavid Məmmədov isə Prezident İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyada aparılan hüquqi islahatlardan, bu qanuna edilən əlavə və dəyişikliklərin əhəmiyyətindən danışıb.

 

Şərhlər bağlıdır.